Kişi boşandığı həyat yoldaşını və qızını öldürdü, daha sonra intihar etdibackend

Kişi boşandığı həyat yoldaşını və qızını öldürdü, daha sonra intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə bir kişi ayrıldığı həyat yoldaşını və qızını öldürərək intihar edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Aydının Kuyucak rayonunda 72 yaşlı Hüseyn Şentürk bir müddət ayrı qalan həyat yoldaşı və qızını tapança ilə vurduqdan sonra başına atəş açaraq həyatına son qoyub.

Hüseyn Şentürk bir müddətdir ayrıldığı həyat yoldaşı Huriye Şentürklə danışmaq üçün onun evinə gedib.

Hüseyn Şentürklə həyat yoldaşının söhbəti mübahisədən sonra davaya çevrilib. Hüseyn Şentürk əsəblərinə hakim ola bilməyib və özü ilə gətirdiyi silahla həyat yoldaşı Huriye Şentürk və qızı Sevda Şentürkə atəş açaraq hadisə yerini tərk edib.

Hadisədən sonra Hüseyn Şentürk avtomobilinə minərək məhəllədəki bazara gedib və eyni silahla öz həyatına son qoyub.
Atəşdən sonra vətəndaşların xəbərdarlığı ilə təcili tibbi yardım və polis qrupları hadisə yerinə çağırılıb. Sevda Şentürkün ağır xəsarətlərlə təcili yardımla aparıldığı xəstəxanada dünyasını dəyişdiyi öyrənilib.
Faktla bağlı araşdırma aparılır.