backend

“Kirkorovun bu hərəkəti Rusiya üçün biabırçılıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filip Kirkorov Rusiya üçün biabırçılıqdır. 

Filip Kirkorov Rusiya üçün biabırçılıqdır.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Sərt çıxışları ilə seçilən siyasətçi Kirkorova qarşı fransalı müğənni Didye Maruanini müdafiə edib:

“Onsuz da bütün rusları Avropada oğru hesab edirlər. Öz haqqını tələb etmək üçün gələni həbs etmək Rusiya üçün biabırçılıqdır”.

Qeyd edək ki, bundan öncə Didye Maruani Kirkorovla görüş üçün Moskvaya gəlib. Maruanini Moskvaya məhz Kirkorov dəvət edib və ondan üzr istəyəcəyini, oğurladığı musiqisinə görə 1 milyon avro kompensasiya verəcəyini bildirib. Maraqlı məqam odur ki, hər iki müğənni banka yollanan zaman Maruani həbs edilib və Kirkorov tərəfindən dələduzluqda ittiham edilib.