Kiprdə Qurban Qurbanova qarşı təxribat, baş məşqçi özündən çıxdı (VİDEO)backend

Kiprdə Qurban Qurbanova qarşı təxribat, baş məşqçi özündən çıxdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə keçirilən AEL – “Qarabağ” matçının son dəqiqələrində gərgin anlar yaşanıb.
TİA.AZ xəbər verir ki, bu, Ağdam klubunun cavab qolundan sonra baş verib.
Belə ki, Abdulla Zubirin qolundan sonra azarkeşlərdən biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Kiprli azarkeşin bu davranışı Qurban Qurbanovu özündən çıxardıb. Matçın baş hakimi qarşılaşmanı baş verən gərginlik səbəbindən dayandırıb.
Qarşılaşma qısa fasilədən sonra bərpa olunub.