Kinoteatrların fəaliyyəti bərpa olunur? – RƏSMİ AÇIQLAMA (VİDEO)backend

Kinoteatrların fəaliyyəti bərpa olunur? – RƏSMİ AÇIQLAMA (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kinoteatrların fəaliyyətinin bərpası insanların zərurət olmadığı halda çölə çıxmasına səbəb olacaq”. 

TİA.AZ xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

TƏBİB rəsmisi bildirib ki, pandemiya dövründə insanların əyləncə məqsədilə yaşayış yerini tərk etməsi doğru deyil:

“Xüsusi karantin qaydaları çərçivəsində restoranların fəaliyyətinə müəyyən saatlarda icazə verilib. Lakin kinoteatrların fəaliyyətinin bərpası bu gün üçün zəruri deyil. Bu səbəblərdən də məsələ hazırda müzakirə mövzusu deyil”.  /Oxu.az