“Kinoteatrları açmaq lazımdır” – Deputat çağırış etdibackend

“Kinoteatrları açmaq lazımdır” – Deputat çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Uzun müddətdir davam edən koronavirus pandemiyası əksər sahələrə öz mənfi təsirini göstərməyə davam edir.
Bu sahələrdən bəziləri indi yenidən dirçəlməyə başlayır. Amma pandemiya səbəbindən hələ də əziyyət çəkən sahələr qalmaqdadır.

Bunlardan biri da film sektorudur. Dövlət bu sektora mütəmadi olaraq öz dəstəyini göstərir. Amma pandemiya səbəbindən uzun müddətdir kinoteatrların da bağlı qalması film sekorunun məhvinə aparır. Bəs görəsən, toylara, restoranlara, ticarət mərkəzlərinin fəliyyətinə icazə verildiyi halda kinoteatrlar niyə açılmır?
Məsələ ilə bağlı AZXEBER.COM-a deputat, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa fikirlərini bildirib.
Deputat qeyd edib ki, kinoteatrların uzun müddət bağlı qalması bu sahəyə həqiqətən də xeyli ziyan vurur:
“Bildiyimiz kimi, bu pandemiya səbəbindən sosial məsafə gözlənilməlidir. Bəzi sahələr açılsa da, bu qayda qoyuldu. Məsələn toyların da keçirilməsinə icazə veriləndə sosial məsafənin gözlənilməsi tələb olundu. Kinoteatrlar da qapalı məkanda uzun müddət oturulan bir yer olduğu üçün yəqin ki, bu səbəbdən bunların açılmasına hələ də icazə verilmir. Amma, məncə kinoteartların açılmasına icazə verilməlidir. Uzun müddət bağlı qalması bu sahəyə həqiqətən də xeyli ziyan vurur.
Amma məsələ burasındadır ki, insanlar da son dövrlər buna maraq göstərmir. İnternet dövrü olduğu üçün kino zallara tələbat azdır. Konkret olaraq bir-iki kinoteatrdan söhbət gedə bilər ki, onlara gedənlər çox olur, amma ümumi tələbat azalıb”.
Fazil Mustafa kinotearların toylardan təhlükəli olmadığını deyib:
“Hər halda buna yenidən baxmaq lazımdır, açığı bu vaxta qədər bağlı qalmasının nə ilə əsaslandırılmasını bilmək lazımdır. Yəni ciddi təhlükə yoxdursa, kinoteatrları açmaq lazımdır. İcazə verilməlidir. Hər halda kinoteatrlar toydan təhlükəli deyil”.