“Kimsə yaltaqlanır, səsini çıxarmırsa, özü bilər, amma mən demokratam“ -Əlikram Bayramovdan etirazbackend

“Kimsə yaltaqlanır, səsini çıxarmırsa, özü bilər, amma mən demokratam“ -Əlikram Bayramovdan etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qiymət artımını hiss etməmək qeyri-mümkündür. 100 manatla bazara gedirsən, zənbili doldurmaq olmur. Hər şeyin qiyməti artıb. Marketlərdəki qiymətlərə niyə nəzarət olunmur. Hər dükanda bir qiymətə rast gəlirsən. Məgər bu məsələyə nəzarət edən qurumlar yoxdur?!”

Bunu Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov deyib.

Onun sözlərinə görə, müğənnilər də bu ölkənin vətəndaşları kimi dolanışıq çətinlikləri çəkirlər:

“Biz də azərbaycanlıyıq, bu torpağın vətəndaşıyıq, bunları deməliyik, ölkədə doğrudan da bahalaşma var.

Məncə, hər məhsulun stabil qiyməti olmalıdır. Ərzaq məhsullarını alandan sonra müştəriyə verilən çeklərdə rəqəmlər və hərflər o qədər balaca olur ki, həqiqətdə nəyin neçəyə olduğundan baş çıxarmaq qeyri-mümükündür. Həmin qiymətləri oxuya bilmək üçün yanında mikroskopla gəzməlisən.

Mən özüm də bazarlığa gedirəm, marketlərə baxıram, qiymətləri müqayisə edirəm. Telexəbərlərdə isə ancaq qəza xəbərləri çatdırılır, bahalıqdan söz açan yoxdur. Halbuki bu məsələlər müzakirə olunmalıdır. Yumurtanın qiymətindən xəbəriniz varmı? 35 qəpiyə qalxıb! Təsəvvür edirsiniz? Camaat nə etsin, evində 2 uşağa yumurta yedirtmək üçün gərək 1 manat pul versin”.

Sənətçi qeyd edib ki, aidiyyəti qurumlar qiymət artımı məsələni daim nəzarətdə saxlamalıdır:

“Bütün bunları görüb danışmayan adam azərbaycanlı deyil! Kimsə yaltaqlanır, səsini çıxarmırsa, özü bilər, amma mən demokratam. Kimlərsə titulundan qorxur, “Əməkdar artist”, “Xalq artisti” adına görə səsini çıxarmır, bunun mənə aidiyyatı yoxdur, mənsə gördüyümü deyəcəyəm. Çünki sıravi Azərbaycan vətəndaşıyam və bu xalqa can-başla xidmət edirəm. Azərbaycanda Yeni Azərbaycan Partiyası yaradılanda ilk üzvlərindən biri olmuşam. Qiymət artımının dövlət başçısı, dövlət idarəetməsi ilə əlaqəsi yoxdur. Buna aşağı qurumlar nəzarət etməlidir, həmin qurumlar bu məsələyə baxmır, yəni öz işini görmür. Hər şeydə Prezidentin adını çəkirlər, Prezident hər mövzunu həll eləməli deyil, onun o qədər işi var ki. O, ən vacib olan Qarabağ məsələsini həll edir. Niyə aşağı qurumlar işləmir, niyə dövlət məmurları öz işlərini görmür?! Belə şey olarmı? Bir dəfə də yollarını marketlərdən salsınlar…”

Müğənninin sözlərinə görə, süni qiymət artımına gedən market sahibləri cəzalansa, bu hal bir daha təkrarlanmaz:

“Böyük marketlərin sahibləri məmurudur. Ona görə də, heç kim bir söz deyə bilmir. Malların keyfiyyəti də bərbad! Qidanı biz yeyirik, sabah yıxılıb öləndə kim cavabdeh olacaq? Keyfiyyətsiz ərzaq satmağa nə ixtiyarınız var?! Mal xarab olubsa, atın getsin! Kimsə pul qazansın deyə, bizi öldürməlidir?!

Müğənni toy qiyməti deyəndə hamı tökülür onun üsdünə, amma bahalaşmaya səs çıxaran yoxdur. Qardaş, biz İngiltərədə, Fransada yaşamırıq, onların aldığı əmək haqqı bizdə yoxdur. Niyə satılan məhsullara Avropa qiymətləri qoyursunuz?! Onsuz da problemimiz başımızdan aşır. Kim ki camaatın cibinə girir, Allah bəlasını versin!”