Kimliyi müəyyənləşdirilən iki şəhidlə bağlı – Rəsmi açıqlamabackend

Kimliyi müəyyənləşdirilən iki şəhidlə bağlı – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən daha iki hərbçinin meyitinin şəxsiyyəti müəyyənləşdirildiyini açıqlayıb.
Qurumdan TİA.AZ-a verilən məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.