“Vaksin olunmaq istəyən şəxslər antikor testi verməlidir”.
Bunu açıqlamasında professor Adil Qeybulla COVİD-19 virusuna yoluxub sağalan şəxlsərin 6 aydan sonra vaksinasiya olunması ilə bağlı suallara aydınlıq gətirərkən deyib.
“Ayın fərqi yoxdur. Virusa yoluxub ya yoluxmayıb, əgər vaksin olunmaq istəyən şəxs vəziyyəti bilmək istəyirsə, antikor testi verməlidir. Bu testin nəticəsi aşağıdırsa, həmin şəxslər vaksin oluna bilər. Yox, antikor testi normaldırsa, həmin şəxslərin vaksinasiya olunmasına ehtiyac yoxdur”.