Kimlərin maaşı nə qədər artırıldı? – TAM İZAHbackend

Kimlərin maaşı nə qədər artırıldı? – TAM İZAH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən bir sıra sahələrdə çalışan işçilərin əməkhaqları artırılıb. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.
Bəs kimlərin maaşı nə qədər artıb?
Aşağıdakı sahələr və qurumlarda çalışan şəxslərin maaşları yanvarın 1-dən orta hesabla 20 faiz artırılır:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
Heydər Əliyev Mərkəzi;
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Azərbaycanda Atatürk Mərkəzi;
Dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi;
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi;
icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq
Prezident İlham Əliyevin imzaladığı digər iki sərəncamla isə 165 min təhsil işçisininin maaşları artırılıb. Artımların edilməsi məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub
Bəs hansı müəllimlərin maaşları nə qədər artırıldı?
Dövlət ümumi təhsil müəssisələrində çalışanlar üçün artımlar aşağıdakı kimidir:
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz
Təhsil müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz
Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz
Dövlət peşə təhsili müəssisələrində çalışanlar üçün artımlar aşağıdakı kimidir:
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz
Fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz
Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz
Qeyd edək ki, sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu qərarlar üçün illik əlavə 1,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Maaş artımları 2,1 milyondan çox şəxsi əhatə edəcək.