Kimləri erkən infarkt gözləyir?backend

Kimləri erkən infarkt gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
50 yaşa qədər infakrt olmaq erkən ürək xəstəliyi hesab olunur. Bəs kimlərin ürəyi daha tez gücdən düşür.
 
Bakupost.az xəbər verir ki, kardioloqlar infarktın ürəyin qanla təchizatında çatışmazlıqdan qaynaqlandığını bildirir.
İnfarkt geniş mənada ürəyin bir hissə toxumasının ölməsi, nekrozlaşmasıdır. İnfarkt təkcə ürəkdə yox, beyində, böyrəkdə də ola bilər.

Sadə dillə desək, qan ürəyə daxil olmur və ya çətinliklə az daxil olur, bu zaman orqanın bir hissəsi ölür. Daha çox miokardın infarktı olur.
Qan ürəyə əsas tac damarların tam və ya 60% tutulması səbəbindən daxil olmamağa başlayır.
Risk faktorlarına kimlər daxildir? siqaret çəkənlər, içki içənlər, artıq çəki, az hərəkət etmək, oturaq iş, yüksək təzyiq, qanda pis xolesterin, lipid spektri pozulanlar, şəkərli diabeti olanlar.
Qəfil və xroniki stress də ürək damarlarını sıradan çıxara bilir.
İnfakrtın məlum əlamətlərindən başqa maskalanmış gizli simptomları da var: ürəkbulanma, əldə, çənədə ağrı, qarının yuxarısına yayılan mədə ağrısına bənzər ağrı, huşun dumanlanması, qusma, dişlərdə ağrı, sinədə sıxılma və s.
Belə əlamətləri olanlar da birinci ürəyi yoxlatmalıdır.
Koviddən sonra ürək ciddi zərbə aldığı üçün kovid olanlar da ehtiyatlı olmalıdır.
Ürək təkcə kardioqramma ilə yoxlanmır. Bunun üçün UZİ, qan analizləri, angioqrafiya da lazımdır.