Kimlərə 250 manat veriləcəyi açıqlandıbackend

Kimlərə 250 manat veriləcəyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək. 250 manat isə fərdi mikro sahibkarlara aiddir. 215 min işçisi olan 29 mindən çox sahibkara 98 milyon manat məbləğində ödəniş edilib. Eyni zamanda 107 minə yaxın fərdi mikro sahibkar müraciət edib, onlara 63,6 milyon manat vəsati ödənilib.

Bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, ikinci mərhələdə eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub.

“Həmçinin avqustun 10-a qədər vaxt verilmişdi ki, dəstəyə ehtiyacı olanlar və almayanlar da müraciət etsinlər. Bəzi hallarda vergi ödəyicilərinin qeydiyyat kodunda, fəaliyyət sahəsində problem olduğunu görürük. Onların faktiki fəaliyyəti ilə uçotda göstərdikləri fəaliyyət sahələri ilə üst-üstə düşmür. Onlar məlumatları yoxlasınlar. Səhvlər varsa, düzəltsinlər, çünki alacaqları yardım bundan asılıdır”.

R.Nəcəf bildirib ki, pandemiya dövründə bir sıra xarici investorlarla müzakirələr aparılıb: “Azərbaycana invesitiya yatırmağa maraqlı olan böyük xarici şirkətlər var. Müəyyən gediş-gəlişlə bağlı problemlərə görə layihələrin icra sürəti ləngiyir. Azərbaycan iqtisadiyyatının postpandemiya dövründə inkişafında özəl sektorun rolunu görürük. Xarici investorların fəal şəkildə cəlb olunmasına çalışacağıq”.