KİMİN DƏRSİ NƏ VAXT VƏ HANSI FORMADA BAŞLAYACAQ? – Siyahıbackend

KİMİN DƏRSİ NƏ VAXT VƏ HANSI FORMADA BAŞLAYACAQ? – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən təhsil naziri təhsil müəssisələrində tədris sentyabrın 15-də bərpa ediləcəyini bəyan edib. Ancaq dərslər müxtəlif vaxtlarda və fərqli formalarda başlayacaq.

TİA.AZ bağçalarda, orta və ali məktəblərdə dərslərin nə vaxt və necə başlayacağını təqdim edir:

Bağçalar – 15 sentyabr (əyani)

Məktəbəhazırlıq – 1 oktyabr ( əyani, həftədə 2 dəfə)

1-4-cü siniflər – 15 sentyabr (əyani, həftədə 2-3 dəfə )

5-9-cu siniflər – 15 sentyabr (distant)

1 oktyabr – (əyani, həftədə 2-3 dəfə)

10-11-ci siniflər – 15 sentyabr (distant)

15 oktyabr (əyani, həftədə 2-3 dəfə)

Peşə təhsili – 15 sentyabr (distant)

1 oktyabr (əyani)

Ali məktəblər

1-ci kurs – 1 oktyabr ( əyani)

Digər kurslar – 15 sentyabr (distant)

Qeyd edək ki, məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək. 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil.

Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur. Məktəblərdə bufetlər, yeməkxanalar və soyunub-geyinmə otaqları ilə bağlı qaydalar olacaq. Bu qaydalara uyğun olmayanlar fəaliyyət göstərməyəcək. (Azpolitika)