Kim güclüdür – «Qarabağ», yoxsa «Neftçi»? – RƏQƏMLƏR, MÜQAYİSƏbackend

Kim güclüdür – «Qarabağ», yoxsa «Neftçi»? – RƏQƏMLƏR, MÜQAYİSƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan çempionatının qalibi sonuncu turda məlum olacaq.

TİA.AZ əbər verir ki, mayın 19-da keçiriləcək görüşdə çempionluğa namizədlər «Qarabağ» və «Neftçi» görüşəcək. Hansı komandanın daha güclü olacağı yaşıl meydanda aydınlaşacaq.

Hələlik isə FED.az hər iki klubun iqtisadi göstəricilərini təqdim edir.

2020-ci ilin nəticələrinə görə, «Neftçi» ili mənfəətlə, «Qarabağ» zərərlə başa vurub.

Bakı klubunun mənfəəti 4 qat azalıb, Ağdam klubunun zərəri isə 3,5 dəfə artıb.

Buna baxmayaraq «Qarabağ» həm ümumi gəlirlərin həcminə görə, «Neftçi»ni 1,5 dəfə qabaqlayır. Bundan əlavə, Ağdam klubu öz futbolçularına və əməkdaşlarına «Neftçi»dən 2,4 milyon manat artıq maaş verib.

Üstəlik, 2020-ci ildə «Qarabağ» öz sponsorundan heç bir məbləğ almayıb. Ağdam klubunun əsas gəlirləri yayım hüquqlarından əldə edilib. «Neftçi»nin isə gəlirlərinin böyük hissəsini sponsorun ödənişləri təşkil edib.

2020-ci ildə hər iki klubda həm gəlirlər, həm də maaşlar azalıb.