Tribuna İnformasiya Agentliyi

Kim daha çox kofe içirsə…

08 Avqust

Kofe görmə qabiliyyətini qorumağa kömək edir. Bu içkinin tərkibindəki kimyəvi birləşmələr qlaukoma xəstəliyi olanlarda tor qişanı qoruyur.

Nyu-Yorkun Kornella Universitetinin elm adamları iddia edirlər ki, kofe öz antioksidant tərkibinə görə qlaukoma ilə effektiv mübarizə aparır. Bu içkidə xlorgenik turşu və kofe turşusunun mürəkkəb efiri 7-9 faizdir. Kofenin tərkibində kofein cəmi 1 faizdir.

 Xlorgenik turşu görmə zəifləyəndə və tor qişanın deqenerasiyasında faydalıdır. Bundan başqa, antioksidantlar qocalma prosesini ləngidir və diabetlə mübarizədə faydalıdır. Təcrübə həmişəki kimi siçanlar üzərində aparılıb. Alimlərin fikrincə, qlaukomadan əziyyət çəkənlər üçün gündə bir fincan kofe kifayətdir ki, effektivliyi hiss etsinlər. Bundan öncə də kofenin Parkinson xəstəliyindən qoruduğu ortaya çıxıb.