Tribuna İnformasiya Agentliyi

Kim Çın In Sinqapura özünün şəxsi unitazını gətirib

13 İyun
Moderator.az “Exo Moskvı” radiosuna istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çın In Sinqapura görüşə gələndə özü ilə şəxsi unitazını, yeməyini və zirehli limuzinini də gətirib..
“ Diktatorun şəxsi ayaqyolusu, yeməyi və zirehli limuzini tarixi sammitə İL-76 təyyarəsi ilə gətirilib”-xəbərdə deyilir.
Məlumatda belə bir ehtiyatlılıq onunla izah olunur ki, “xarici kəşfiyyat Şimali Koreyanın liderinin, dahilər dahisinin, parlaq yoldaş və yeni ulduzunun tullantısını əldə edə bilərmiş”.