Tribuna İnformasiya Agentliyi

Kim Çen In Kastroya görə matəm elan etdi

28 Noyabr

Şimali Koreya lideri Kim Çen In Kubanın əfsanəvi rəhbəri Fidel Kastronun ölümündən sonra ölkədə 3 günlük matəm elan edib. 

Şimali Koreya lideri Kim Çen In Kubanın əfsanəvi rəhbəri Fidel Kastronun ölümündən sonra ölkədə 3 günlük matəm elan edib.

TİA.AZ AzVision.az-a istinadən xəbər verir ki, ölkədə bütün bayraqlar yarıqədər endirilib.

Həmçinin Kubanın Şimali Koreyadakı səfirliyinə gül çələngi göndərilib. Bundan əlavə, Kastronun dəfninə Şimali Koreyadan nümayəndə heyətinin gedəcəyi açıqlanıb.

Qeyd edək ki, Şimali Koreyada Fidel Kastrodan öncə Fələstin lideri Yasir Ərəfatın ölümü ilə əlaqədar matəm elan edilib.