Tribuna İnformasiya Agentliyi

Kim Çen In katoliklərlə dostlaşmaq istəyir – Papanı Pxenyana dəvət edir

09 Oktyabr

Şimali Koreya lideri Kim Çen In Roma katolik kilsəsinin rəhbəri Fransiski Pxenyana dəvət edir.

TİA.AZ-ın məlumatına görə, Koreya Respublikası Prezidentinin iqamətgahının nümayəndəsi bildirib ki, Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn müvafiq dəvətnaməni oktyabrın 17-18-də Vatikana səfəri zamanı təqdim edəcək.

 K.Ç.In Roma Papasını Pxenyana dəvət ermək niyyətini III Koreya sammitində M.Ç.İnə bildirmişdi.

Qeyd edək ki, Vatikanla Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulmayıb.