Tribuna İnformasiya Agentliyi

“Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın!” — Milli Məclisdə deputatlara MÜRACİƏT

04 May

“Bu qanun əlillərin həyatını yaxşılaşdırmayacaq. Çünki əlillərə çox az müavinət verilir. Bu müavinət onların problemlərini həll etməyə imkan vermir”.

Bu sözləri millət vəkili Araz Əlizadə “Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi” nə münasibət bildirərkən deyib.

Araz Əlizadə bu əlillərə verilən təqaüdün minimum istehlak səbətindən az olması ilə əsaslandırıb:
“Minimal tələbat zənbili 175 manat qəbul edilib. Bu o deməkdir ki, nə ondan aşağı pensiya, əmək haqqı ola bilməz. Bu halda əlil 50 manat təqaüd necə dolana bilər? Burada deputata həmkarlarıma təklif edirəm kim 52 manatla dolana bilərsə, əlini qaldırsın? Heç kim. Ona görə də qanun qəbul edərkən onların problemlərinin həllini nəzərə almalıyıq”.(Ölkə.Az)