access_time Dərc olunub: 10:19
Ruslardan "Kara sevda"ya etiraz

Ötən həftə final edən "Kara Sevda" serialının rus fanatları etiraz ediblər.


TİA.AZ axşam.az-a istinadən bildirir ki, serialın sonunda baş rolda oynayan "Kemal"ın ölməsi fanatların xoşuna gəlməyib.

"Kemal"ın sevgilisi "Nihal"la birgə minlərlə rus pərəstişkarların göz yaşı axıtdığı serialın rejissoru Nixal Saral tənqid hədəfinə çevrilib.

Belə ki, rejissorun İnstaqram səhifəsinə hücum edən fanatlar "Kemalı bizə qaytar" kimi şüarlar yazıblar.

Qeyd edək ki, serialın baş rollarında aktyor Burak Özçivit və aktrisa Neslihan Atagül çəkilib.

Şərhlər