access_time Dərc olunub: 09:00
Məşhur rejissor vəfat etdi

Məşhur amerikalı rejissor Conatan Demme vəfat edib.


74 yaşlı rejissor Nyu-Yorkdakı evində dünyasını dəyişib.

Yaxınlarının sözlərinə əsasən, o, qida borusu xərçəngi və ürək-damar sistemi xəstəliyinin ağırlaşması nəticəsində vəfat edib.

Qeyd edək ki, ilk filmi “Merlin və Qovard”ı 1980-ci ildə çəkən Demme daha çox “Quzuların səssizliyi” filmi ilə tanınıb. O, adıçəkilən ekran işinə görə 1992-ci ildə “Oskar” mükafatı alıb. 

Şərhlər