access_time Dərc olunub: 10:09
Zorlandığını iddia edən direktor müavini işdən qovuldu

Bakı şəhəri 230 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın, həmçinin məktəb direktoru Elşən Qafarovun üzürsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi barədə müraciətlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.


TİA.AZ xəbər verir ki, bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, araşdırmanın nəticəsi olaraq, hər iki şəxsin Bakı şəhəri 230 nömrəli tam orta məktəbdəki fəaliyyətinə xitam verilməsi məqsədəuyğun hesab edilib.

“Bununla əlaqədar olaraq təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu ilə bağlanmış əmək müqaviləsi noyabrın 10-dan, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldəniz qızı ilə bağlanmış əmək müqaviləsi noyabrın 15-dən ləğv edilib.

Məktəbdə direktor vəzifəsinin müvəqqəti icrası BŞTİ-nin əməkdaşına həvalə edilib. Hazırda məktəbdə təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir. Məktəbə yeni direktorun təyinatı mövcud qaydalar və müvafiq prosedura uyğun şəkildə həyata keçiriləcək”.

Məlumatda qeyd edilib ki, Ləman Babayevanın müvafiq ərizəsi nəzərə alınaraq, onun pedaqoji fəaliyyətini digər məktəblərdən birində davam etdirməsi məsələsi isə müzakirə mərhələsindədir.

Bakı şəhərində yerləşən Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, əslən erməni olduğu deyilən (anasının anası) Ləman Eldar qızı Babayevanın həmin məktəbin direktorunun onu guya məktəbdə zorlaması, buna görədə Ləman Babayevanın qardaşı Abdullayevin bıçaqla məktəbə hücüm etməsi ilə bağlı xəbərlər, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort