access_time Dərc olunub: 11:38
Rejissor Rafiq Dadaşov vəfat etdi

Rejissor Rafiq Dadaşov dünyasını dəyişib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun verdiyi məlumata görə, Rafiq Dadaşov fevralın 5-də vəfat edib. 


O, bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. 1963-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb.

2002-ci ildə Azərbaycan Televiziya və Radio verilişləri QSC "Aztelefilm" birliyində kinorejissor vəzifəsində çalışıb.

2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Şərhlər