access_time Dərc olunub: 18:59
Cavanşir Qurbanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan prezidenti İlham Əliyev Cavanşir Kazım oğlu Qurbanovun II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, C. Qurbanov Azərbaycanda idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Cavanşir Qurbanov 1994-cü ildən etibarən Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.

  

Şərhlər