access_time Dərc olunub: 08:18
Cana doymiş sahibkar I vitse-prezidentə müraciət etdi

"Yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur” – deyir ölkə başçısı. "Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət.
Bu cümlələri Azərbaycanımızın Prezidenti ILHAM ƏLİYEV cənabları söyləmişdir.Əfsuslar olsun ki,"BİR NEÇƏ DÖVLƏT MƏMURLARI KOMANDASI" "Gül.-Gün." sahibkar müəssisəsinin SAHİBKARI Niyaz Niyazov olaraq mənim başıma uzun illərdir ki, olmazın oyunları açıblar. Bütün bunları dəfələrlə Ölkə Başçımıza və bir neçə dəfə Azərbaycanın 1-ci Vitse Prezidentinə yazıb yollamışam. Ancaq hələ də müsbət-ədalətli cavab ala bilməmişəm. Həmin müraciətin mətnini təkrar nəzərinizə çatdırıram:

Çoxhörmətli MEHRİBAN xanım ƏLİYEVA, uzun illərdir ki, Azərbaycanımızın "DÖVLƏT MƏMURLARI"nın günahları ucbatından "Gül.-Gün." sahibkar müəssisəmin fəaliyyəti deaktivləşib, mən isə müflisləşmişəm.Elə buna görə də ailəm ACLIQ İÇİNDƏ yaşamına bir güc-bəla ilə hələ də davam etməkdədir. Bütün bunlar haqqında məlum etmək istəyirəm ki,mənə bu çətinləşdirilmiş işimlə bağlı bəlkə SIZ öz köməyinizi əsirgəməyəsiniz.
Mən,hələ 1992-ci ilin dekabr ayında "Gül.-Gün." sahibkar müəssisəsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. 1993-cü ilin aprel ayında Xanlar (Göygöl)Rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan PƏNAH Məmmədovun sərəncamilə sahibkar müəssisəmin obyektlərinin tikintisi üçün 0.5 ha torpaq sahəsi götürdüm. 1993-cü ilin sentyabr ayında isə Xanlar Rayon Xalq Deputatları Sovetinin sədri vəzifəsində çalışan Aşurov Muradın imzasilə təsdiqlənmiş QƏRAR-la 1.0 ha torpaq sahəsi eyni məqsədlə götürdüm. Sonra həmin əraziyə Xanlar RİH-i Torpaq Şöbəsinin Müdiri vəzifəsində çalışan Elman Məmmədov mənə DÖVLƏT AKTI təqdim etdi. DÖVLƏT AKTI artıq o demək idi ki, torpaq mənim şəxsi mülkiyyətimə keçdi. Hər il Xanlar Rayon Vergi Şöbəsində 1.5 ha torpaq sahəsinin torpaq vergisini ödəyirdim. Vergi ÖDƏMƏ QƏBZləri də məndədir. 1995-ci ilədək mən obyektlərin tikililərinin xeyli hissəsini həyata keçirə bilmişdim. Bu zamana kimi də Xanlar RİH-dən 1.5 ha torpaq sahəsinin mənə verilməsi sərəncamının və qərarının ləğvi barədə heç bir məlumat daxil olmamışdı. Həmin ərəfələrdə Xanlar RİHB-sı Vilyam Hacıyevlə görüşəndə belə bu barədə söhbət getməmişdi. Söhbət gedə də bilməzdi. Ona görə ki, hər bir iş qanun çərçivəsində aparılırdı. Sərəncam,qərar və DÖVLƏT AKTIının LƏĞVİ məsələsi heç kimsəni düşündürməmişdi. Ona görə ki,o zaman həmin yoldaşlara bu lazım olmamışdı. Mən uzun illərdir ki, dövlətdən KOMPENSASİYA almaq uğrunda kəskin mübarizə aparıram. Mən bu barədə Ölkə Başçısına,Sahibkarlar şurasının Sədrinə də dəfələrlə müraciət etmişəm. Nəhayət ki,uzun illərdən sonra Azərbaycan Prezident Aparatından bu məsələyə reaksiya verəsi oldular və araşdırılmanı Iqtisadiyyat Nazirliyinə həvalə etdilər. Bir az əvvəl adlarını sadaladığım sənədlərimin LƏĞVİ haqqında məktubu Iqtisadiyyat Nazirliyi,Gəncə-Qazax bölməsinin işçiləri araşdırma apararkən,həmin bölmənin rəisi ARZU müəllimə Göygöl(Xanlar) RİHB-sı SEYİDOV ARİF AKİF oğlu yollatdırıb. Əslində isə sənədlərin LƏĞVİ barədə Göygöl RİH-də yazılıb yollanmış MƏKTUB YALAN-SAXTAdır! Əgər belə bir məktub doğrudan da yazılıb İqtisadiyyat Nazirliyə verilibsə,çox böyük saxtakarlığa yol veriblər. Görünür ki,o zaman Vilyam Hacıyevdən YALAN-SAXTA MƏZMUNLU MƏKTUBu sifariş edən YÜKSƏKRÜTBƏLİ məmurlar ARİF SEYİDOVa da TƏSİR edə bilirlər.
"Gül.-Gün." sahibkar müəssisəmin tikililərinin Gəncə aeroportunun lap yaxınında(Gəncə aeroportunun o zamankı direktoru Qasımov Firuddinin imzasilə Ədliyyə Naziri Ilyas Ismayılovun adına razılıq məktubu da yazılmışndi. Həmin məktub məndədır) yerləşməsində məqsəd GƏNCƏ HAVA LİMANInın bütün işçilərinə GÜZƏŞTLİ XİDMƏT göstərməkdən ibarət idi. Bu barədə tikintiləri başlamazdan əvvəl Gəncə Hava Limanının direktoru Qasımov Firuddinlə hələlik şifahi razılığa gəlmişdik. İş başa çatan kimi bu məsələni tamamilə rəsmiləşdirəcəydik. Tikintiləri tezliklə başa çatdırmaqdan ötrü dostlarımdan maddi vəsait gözləyirdim. Bu arada TƏƏSSÜFLƏR OLSUN ki, dövlət sifarişilə Gəncə aerovağzal kompleksinin tamamilə yenidən qurulması məsələsi gündəmə gəldi. Bu zaman Xanlar Rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində (əvvəllər bizlərin tabeliyində işləmiş) Hacıyev Vilyam Faxralı oğlu çalışırdı. Hacıyev Vilyam Faxralı oğlu YALAN-SAXTA MƏZMUNLU MƏKTUB yazıb, müəyyən sifarişçilərin xahişlərini yerinə yetirərək Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Əsgərov Cahangir Cəlal oğluna yolladı. Əsgərov Cahangir Cəlal oğlu isə öz növbəsində bu YALAN-SAXTA MƏZMUNLU MƏKTUBu əlində əsas tutaraq, dövlət sifarişi həyata keçirilərkən MƏCBURİ-QANUNAUYĞUN OLMAYAN formada sökdürülən "Gül.-Gün." sahibkar müəssisəsinin tikililərinə sahibkar Niyazov Niyaz Novruz oğlu tərəfindən xərclənmiş 400 min manata yaxın maddiyyatın dövlətdən KOMPENSASİYAsını almasına tam maneçilik törətdi. Bu işi belə bir vəziyyətə gətirməsində məqsədinin səbəbini Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti vəzifəsində çalışan Cahangir Əsgərov Cəlal oğlu hamıdan yaxşı bilir. O zaman Gəncədən ona həyasızcasına YALAN məlumatlar vermişdilər. AZAL rəhbərilə bu barədə görüşmək istəyim tamamilə puça çıxdı. Bu görüşün baş tutması üçün Gəncə Hava Limanının o zamankı və indiki direktoru Nəcəfov Bəylərdən xahiş etdim. Bir neçə gündən sonra Nəcəfov Bəylər müəllim mənə Cahangir Əsgərov deyir ki, TƏCİLİ o zir-zibilini oradan yığışdırsın, yoxsa BULDUZERlə basdırdacağıq. Vəziyyətin belə olmasını görüb məcbur qalaraqdan Ölkə Başçısı ILHAM ƏLİYEV cənablarına POÇT vasitəsilə şikayət məktubu yolladım. Azərbaycan Prezidentinin Aparatından MÜSBƏT-ƏDALƏTLİ cavab alacağımı gözlədiyim halda RƏDD cavabını AZAL,QSC-nin Prezidenti Cahangir Əsgərovdan aldım. Mənə dedilər ki,get zir-zibiini oradan TƏCİLİ yığışdır!
Belə bir vəziyyət Naxçıvan aeroportu yenidən qurulanda da baş vermişdi. Məndən fərqli olaraq həmin şəxsin dövlətdən KOMPENSASİYAsını vermişdilər. RƏDD cavabını alandan sonra mən məhkəməyə müraciət etməliydim. Məhkəməyə müraciət etməməyimin səbəbi var idi. Cahangir ƏSgərov təzəcə həmin vəzifəyə təyin olunmuşdu. Kimliyindən asılı olmayaraq heç kimsəni vecinə almırdı. Özünüz təsəvvürünüzə gətirin,mən ondan ötrü kim idimki? Naəlac qalıb sahibsiz sahibkar olaraq hələlik gözləmə mövqeyi tutdum ki, bəlkə bir az zaman keçə nə isə həll edə biləm və ya nəsə dəyişər. Həmin illərdə heç nə dəyişmədi. "Gül.-Gün." sahibkar müəssisəsinin fəaliyyəti deaktivləşdi və sahibkarı olaraq mən də müflisləşdim. Bu işin belə vəziyyət almasının sifarişçiləri və icraçıları da sevinərək öz keyflərində hələ də bu günə kimi işlərinə davam etməkdədirlər deyə sahibkar müəssisəmin fəaliyyətinə start verə bilməmişəm. Uzun illərdir ki,bu barədə ölkəmişin bütün saytlarına şikayətlər yazıram. Hətta uzun illərdir ki, Ölkə Başçısı ILHAM ƏLİYEV cənablarına da şikayət yollayıram. Əfsuslar olsun ki, Azərbaycan Prezidenti Aparatındakı Sənədlərlə və Vətəndaşların Müraciətlərilə məşğul olan şöbənin işçiləri,rəhbəri Süleyman Ismayılov şikayətlərimin ÖLKƏ BAŞÇISIna çatmasına imkan verməmişdilər(uzun illərdən sonra mən bu qənaətə gəlmişəm) və bu günə qədər də vermirlər. Belə işləri görən adamların insani hissləri çox aşağı səviyyədə olur. Hər halda ALLAH böyükdür və hər şeydən halıdır. ALLAH bilən məsləhətdir. Mən səbrli insanam. Bu fani dünyanı ALLAH bizlərə bəxş edib. Amma nahaq iş görənlərin bəlalarını ALLAH özü yaxşı və yerində verir,inşaallah!!!

Mənim və ailəmin DÖVLƏT MƏMURLARI tərəfindən başımıza gətirilənlərdən dolayı əsas istəyim bunlardan ibarətdir:

1.Dövlət sifarişi ilə Gəncə aerovağzal kompleksinin yenidən tikilməsi zamanı MƏCBURİ-QANUNAUYĞUN OLMAYAN FORMADA SÖKDÜRÜLƏN "Gül.-Gün." sahibkar müəssisəsinin tikili olan obyektlərinə xərclənmiş 400 min manat maddi vəsaitin hal-hazırki zamana uyğun koeffisentlə(əmsal) hesablanmış KOMPENSASIYAsını dövlətdən almaq və dərhal sahibkar müəssisəmin obyektlərinin tikintisinə başlamaq.
2.KOMPENSASİYAnı dövlətdən alana kimi müəyyən zaman tələb olunduğundan, çoxhörmətli MEHRİBAN xanım ƏLİYEVAdan rica edirəm ki,ailəmi aclıqdan qurtarmaq üçün məni yüksək maaşlı işlə təmin etməsi üçün Azərbaycan Hava Yollarının Prezidenti Cahangir Əsgərova öz göstərişini əsirgəməyəsiniz.
3.Əgər bunu da həyata keçirmək çətinsə,SİZdən rica edirəm ki,dövlətdən aid olan KOMPENSASİYAmı alana kimi ailəmin yaşamını təmin etmək üçün heç olmasa SW bankdan mənə 5000 manat UZUNMÜDDƏTLİ(aylıq ödənişi az olsun deyə belə istəyirəm) kredit verilməsi üçün SW bank rəhbərliyinə öz göstərişini əsirgəməyəsiniz.
Hörmətlə : "Gül.-Gün. sahibkar müəssisəsinin sahibkarı-Niyazov Niyaz Novruz oğlu
E-mail : niyaz.niyazov.55@mail.ru
Mob.tel.n.: 0503120582
Skype : niyazov1955

Şərhlər