access_time Dərc olunub: 12:07
“Bu şəhərdə” Londonda: kafedə inanılmaz şou - Video

25 noyabr tarixində İngiltərənin London şəhərində konsert verən “Bu şəhərdə” komandası Bakıya qayıtmaq istəmir.


Kult.az xəbər verir ki, komanda üzvləri hələ də Londondadır. “Dumanlı Albion”da verdikləri konsertdən sonra kollektiv olduqları şəhəri gəzməyə üstünlük verib. Komandanın baş prodüseri və ssenaristi Müşfiq Abbasov Feysbukda gəzdikləri yerlərlə bağlı tez-tez maraqlı paylaşımlar edib.

Fotolarda da görünür ki, komanda gəzintisi zamanı şəhərin tarixi yerlərinə və muzeylərə getməyə üstünlük verirlər.

Londondakı Madam Tüsso muzeyinə baş çəkən komanda üzvləri muzeydə mumdan hazırlanmış Hollivud ulduzlarının heykəlləri ilə maraqlı şəkillər çəkdiriblər.

Həmçinin, Londonda kafelərdən birində istirahət zamanı "səhnəni" ələ alan kollektiv "Bana-bana gəl" mahnısını xorla ifa edib, zaldakılara maraqlı anlar yaşadıb.

Qeyd edək ki, “Bu şəhərdə” 25 noyabrda İngiltərənin paytaxtı Londonda “Logan Hall” zalında konsert verib.

Ondan əvvəl komanda noyabr ayında 4 gün Heydər Əliyev adına Respublika Sarayında konsert proqramı ilə çıxış etmişdi.

Şərhlər