access_time Dərc olunub: 16:12
MEHRİBAN ƏLİYEVANIN YENİ KÖMƏKÇİSİ KİMDİR?

Xəbər verdiyimiz kimi, bu gün birinci vitse-prezident Mehriban Əliyevaya daha bir köməkçi təyin edilib. Gündüz Kərimov bu təyinatla xanım Əliyevanın dördüncü köməkçisi olub.

"Qafqazinfo” xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.

Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Evlidir, iki övladı var.
TİA.AZ

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort