access_time Dərc olunub: 11:07
Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır

Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin humanizm siyasətindən irəli gələrək əfvlə bağlı müraciətlərə hər zaman diqqətlə yanaşılır.
Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, əfv sərəncamının verilməsi dövlət başçısının müstəsna səlahiyyətinə aiddir. Bununla yanaşı, əfvlə bağlı həm Əfv Məsələləri Komissiyasının üzvlərinə, həm də birbaşa Prezident Administrasiyasına müraciətlər mütəmadi daxil olur:
"Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən bir institut olduğundan, bu müraciətlər hər zaman araşdırılır, aidiyyəti üzrə dövlət qurumlarının rəy və tövsiyəsi nəzərə alınmaqla Komissiyanın müzakirəsinə çıxarılır. Komissiya vətəndaşlar tərəfindən daxil olan hər bir müraciəti diqqətlə araşdırdıqdan sonra əsasnaməsinə uyğun olaraq müvafiq qərarlar qəbul edir. Hazırda bu proses davam edir”.
Qeyd edək ki, sonuncu əfv sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il martın 16-da imzalanıb. Həmin sərəncam 423 nəfərə şamil edilib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort