access_time Dərc olunub: 11:33
“Qaçan məhkumlar “Lotu Quli”nin adamları deyil” - Təranə Əliyeva

Bakı-Astara-Bakı qatarı ilə paytaxta gətirilərkən qaçan məhkumlar “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin Nadir Səlifovun adamları olması ilə bağlı yerli mətbuatda müxtəlif məlumatlar yayılıb.

“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva AzVision.az-a bildirib ki, məlumatlar həqiqəti əks etdirmir.

“Harada nə olursa, o saat Nadir Səlifovun adını yazırlar. Kimin haradansa qaçmasının Nadir Səlifova nə aidiyyatı ola bilər? Bu barədə məlumatlat yalandır” - deyə T.Əliyeva vurğulayıb.

Qeyd edək ki, iki gün öncə Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort