access_time Dərc olunub: 10:52
Qaçan dustaqların axtarışı davam edir - FOTO

Lənkərandan Bakıya etap edilərkən qaçmağa müvəffəq olan iki dustaq - kriminal aləmdə "Qoca"ləqəbli ilə tanınan Etibar Məmmədov və Əli Ağaminin axtarışları davam edir.

Sosial şəbəkələrdə məhkumların müəmmalı şəkildə yoxa çıxmaları ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bir qisim şəxslər kənardan kiminsə köməkliyi, dəstəyi olmadan dustağın qaçmasının mümkün olmadığını, qaçırıldığını iddia edirlər.

TİA.AZ bildirir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov virtualaz.org saytına açıqlamasında sosial şəbəkələrdə yazılanları şərh etmək istəmədiyini bildirib.

"Hazırda bu işlə bağlı istintaq davam edir. Axtarış tədbirləri həyata keçirilir. Eyni zamanda iş üzrə aidiyyəti şəxslər dindirilir. Bütün bu məsələlərə istintaq aydınlıq gətirəcək",-deyə polkovnik M.Sadıqov bildirib.

Xatırladaq ki, qaçan məhbuslar Əli Ağami və Etibar Məmmədov 2015-ci ildə səs-küylü cinayətin iştirakçısı olublar.

Onlar Şirvan şəhərində 2 nəfərin ölümündən sonra həbs ediliblər. Şirvandakı kriminal "razborka" zamanı Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən ikisi bu gün qaçan məhkumlardır.

Etibar Məmmədov kriminal aləmdə "Qoca" ləqəbi ilə və "Etibar Hacıqabulinski" adı ilə, qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb.

Yeri gəlmişkən, məhkumların qaçması ilə bağlı Penitensiar Xidmət rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Hazırda hər iki kriminal aləm üzvü hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Onların necə qaçdığı və ya kimlər tərəfindən qaçırıldığı araşdırılır.

---------

15:23

Bakıda məhbusların qaçması faktı ilə bağlı hansı maddə ilə cinayət işinin başlanıldığı məlum olub.
 
Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, Bakı - Astara - Bakı  qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

----------

12:31

Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) məhkumların qaçması haqqında məlumat yayıb.

PX-in İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı- Astara - Bakı  planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə. Ağami barəsində  müvafiq məlumatlar təqdim edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.

---------

10:15

Bakıda qaçan məhbusların adları məlum olub.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar - 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

-----------

09:32

Bakıda cəza çəkən məhkumlardan bir neçəsi Şirvana etap olunarkən qaçıb.

Həmin məhkumla Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan bir neçəsi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort