access_time Dərc olunub: 13:29
Bakıda məşhur hoteldən Azərbaycana qarşı hörmətsizlik

Bakıda yerləşən “Winter Park Hotel Baku”nun restoranında xoşagəlməz hadisə baş verib.

TIA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, restoranda Azərbaycan mahnılarını oxumağa qadağa qoyublar.

Belə ki, bu barədə jurnalist Tünzalə Rafiqqızı sosial şəbəkələrdəki hesabında məlumat paylaşıb.

“Dünən bir dostumuzun doğum günü ilə bağlı “Winter Park Hotel Baku”nun restoranında toplanmışdıq. Tədbirin sonunda dostlarımdan Yavər bəy, Xəyal bəy “Karaoke”də Azərbaycan xalq və türk estradasından mahnılar ifa etməyə başladılar. 

Hotelin məsul şəxsi gəlib yarıda kəsdi ki, bizdə Azərbaycan və türk mahnıları oxumaq qadağandır”. 

T. Rafiqqızı restoranda Azərbaycan mahnılarının qadağan olunma səbəbi ilə maraqlanıb: “Hotelin məsul şəxsi dedi ki, onlar öz konseptlərini belə qurublar. Belə yerlərin turistlərə Azərbaycanımızı necə təbliğ edəcəyinə siz qərar verin artıq”. 

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort