access_time Dərc olunub: 18:33
"Xəzər Dəniz Gəmiçiliyi"nin sədrinə müavin təyin edilən şəxs kimdir?

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbərliyində yeni təyinat olub.

BakuPost.az xəbər verir ki, Azərbaycan prezidentinin 5 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Mübariz Cabbarov "Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin birinci müavini təyin edilib.

Mübariz Mustafa oglu Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dovlət Dəniz Yolları Akademiyasını bitirib.

1989-1996-cı illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləmişdir. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.

2004-2005-ci illərdə "BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.

2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın "CMİ Offshore Ltd” şirkətinin Qazaxıstan Respublikasındakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiya Federasiyasındakı ofislərinin direktoru vəzifəsində çalışıb.
 

2017-ci ilin iyulundan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Mübariz Mustafa oğlu Cabbarov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.

Evlidir, iki övladı var.
TİA.AZ

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort