“Kiçik pay torpağı olanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”backend

“Kiçik pay torpağı olanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”.
Bunu Milli Məclisin 24 aprel tarixli  iclasında  millət vəkili  Əli Məsimli  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın)  2019-cu il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Əli Məsimli öz çııxşında bildirib ki, ombudsman məruzəsində  30-dan artıq  təklif və tövsiyə ilə çıxş edib.Həmin təklif və tövsiyələr həm hazırda  koronavirus pandemiyası ilə ilə bağlı yaranmış vəziyyət,həm postpandemiya dövründə həyata keçirilməsi zəruri olan  tədbirlər baxımından müham əhəmiyyət kəsb edir. Müzakirəyə təqdim olunan məruzədə qeyd edilir ki, hesabat dövrü ərzində uşaq hüquqlarının pozulması, o cümlədən sağlamlığın qorunması, təhsil və mənzil hüquqlarının qorunması, Ünvanlı Dövlət Sosial Yardımının təyini və  digər məsələlərlə bağlı müraciətlər üzrə müraciətlər qəbul edilmiş, həmin müraciətlər əsasında araşdırmalar aparılmış, hüquqi məsləhətlər verilmiş, tədbirlər görülmüşdür. Hesab edirik ki, bu qeydlərin hesabatın uşaq hüquqlarını müdasfiəsinə həsr edilmiş hissəsində əks etdirilməsi heç də təsadüfi deyildir və ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar olan sahələrin hər birinin inkişaf səviyyəsi birmənalı şəkildə ailələrə və bu ailələrdə böyüyən dövlətin ən böyük kapitalı olan uşaqlara, onların fiziki, əqli və mənəvi cəhətdən inkişafına birbaşa təsir göstərir.Oan görə də hazırkı situasiyanın tələblərindən çıxış edərək.uşaqpulunun  bərpa edilmsini zəruri hesab edirik.Uşaqpulu hazırda yerində olsaydı,aztəmianatlı ailələrə yardım zamanı o qədər vaxt itirilməz və bu kateqoriyaya aid insanlar üçün  problümlər yaranmazdı.Ailədə uşaq var,deməli onun uçotu da var,deməli hazır  surətdə yardım mexanizmi də var.
Bununla yanaşı Əli Məsimli öz çıxışında bidirib  ki, kəndlərdə adına 15-20 sot kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir.Koronavirusun yaratdığı problemlərin aradan qaldırılmasına yönəlik tədbirlər zamanı  yerlərdə insanlara ərzaq,zəruri tibbi ləvazimat  və sair sarıdan yardım ediləndə görünürdü, həm sakinlər,həm də yerli strukturlar kənddə hansı məhələdə kimim həqiqətən  yardıma ehtiyacı varsa, onları dəqiq bilirdilər.Kənd əhalisi bunu bildiyindən, özləri də bu cür ailərə yardım edirdilər. Deməli kəndələrdə də yardıma ehtiyacı olan insanlar var.İnfrastrukturun yetərli səviyyədə olması,əlində maliyyə olmaması və sair səbəblərdən kəndlərdə insanların bir hissəsi öz adlarına olan  kiçik torpaq sahələrindən gəlir götürə bilmirlər. Deməli həmin insanla da 190 manat  yardım paketi verilməliidr..Adına torpaq sahəsi olduğundan, həmin insanlar ünvanlı sosial yardın da ala bilmirlər.Ünvanlı sosail yatdımım mexanizmi çox mürəkkəbdir,həmin mexanizim ehtiyacı olan insanları ünvanlı sosail yatdımla təmin etmək yox,mümkün qədər daha az adama ünvanlı sosail yardım  verilməsinə yönəlib.Ona görə də ünvanlı sosail yatdımım mexnizmi elə sadələşdırilməlidir ki, kənddə kiçik torpaq sahsi olub, infrastrulturun,maliyyənin və sairirin olması nəticəsində istifadə edə bilmədiyi,deməli  ondan dolanışıq səviyyəsində gəlir götürə bilməyənlər də ünvanlı sosial yardım ala bilsinlər.
Əli Məsimli  öz çıxışında bildirib ki, indiki  dövrdə ciddi sosial müdafiəyə ehtiyacı olanlar arasında müharibə əliləri və ümumiyətlə bütün kateqoriyay olan əlilər də var. Ona   görə də əlillərin sosail müdafiəsini gücləndirməkdən ötrü onların müavinətlərinin artırılmasına böyük ehtiyac var.