Tribuna İnformasiya Agentliyi

İki qız yeniyetmə oğlana təcavüz etdi

13 Dekabr

Dağıstanda iki qız “Facebook”da onlara əxlaqsız təkliflər edən 15 yaşlı oğlanı döyəndən sonra ona təcavüz edib. 

Dağıstanda iki qız “Facebook”da onlara əxlaqsız təkliflər edən 15 yaşlı oğlanı döyəndən sonra ona təcavüz edib.

İnsident Karabudaxkent rayonunda yaşanıb. Rayondakı kəndlərdən birinin 15 yaşlı sakini olan yeniyetmə oğlan Facebook-da N.Saxavatova və 29 yaşlı S.Murzaxanovaya əxlaqsız təkliflər edib, onlara sataşıb.

Qızlar da bu oğlandan qisas almaq fikrinə düşüblər. Onlar 15 yaşlı oğlanla görüşə razılaşıblar. Görüş rayon mərkəzinin kənarında, meşəlikdə olub. Oğlan görüş yerinə gələndə S.Murzaxanova və N.Saxavatova onu vurub yerə yıxandan sonra möhkəm döyüblər, sonra da zorlayıblar.

Qızlar baş verənlərin videosunu çəkərək “Vkontakte” və “Odnoklassniki” sosial şəbəkələrində paylaşıblar.

Qızlar həbs olunublar. Onlar polisdə verdikləri ifadədə deyiblər: “Ona dərs vermək istədik ki, bir də belə tərbiyəsizlik etməsin”.

Karabudaxkent Rayon Məhkəməsinin qərarı ilə RF CM-in 132-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq S.Murzaxanova 8 il 6 ay, N.Saxavatova isə 8 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarının ümumi rejimli islah-əmək düşərgəsində çəkəcəklər.