Keysuke Honda: “Bütün rəqiblərimizi udub çempion olacağıq”backend

Keysuke Honda: “Bütün rəqiblərimizi udub çempion olacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin yeni transferi Keysuke Honda baş meneceri olduğu Kamboca millisindəki əsas hədəfini açıqlayıb.

TİA.AZ-ın məlumatına görə, yaponiyalı ulduz fubolçu yerli mətbuata müsahibəsində 2023-cü ildə Kambocada keçiriləcək Cənub Şərqi Asiya Oyunlarının (“SEA Games”) qalibi olmaq istədiklərini bildirib.

Bu yaxınlarda Kamboca Futbol Federasiyası ilə 3 illik yeni müqavilə imzalayan 35 yaşlı yarımmüdafiəçi əməkdaşlığı davam etdirməkdən məmnunluğunu vurğulayıb: “Komandada güclü və potensialı olan gənclər çoxdur. Əsas məqsədimiz “SEA Games”i qazanmaqdır. Bütün rəqiblərimizi məğlub edib çempion olacağıq”.

Qeyd edək ki, Keysuke Honda “Neftçi” ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.