Tribuna İnformasiya Agentliyi

Keşiş Bransonun ailə vəkili: “Keşiş təyyarəyə mindi, ABŞ-a geri dönür”

12 Oktyabr

Türkiyədə casusluq və terror təşkilatı ilə əlbir olmaqda ittiham edilən keşiş Endryu Branson bu gün azadlığa buraxılıb.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, keşişin ailə hüquqşünası Cey Sekulo artıq keşişin təyyarəyə mindiyini və ABŞ-a geri döncəyini bildirdi.

“Reuters” xəbər agentliyinə açıqlama verən Sekulo “Branson ABŞ prezidenti Donald Trampa, Konqres üzvlərinə və onun sərbəst buraxılması üçün Türkiyəyə təzyiq göstərən hər kəsə minnətdar olduğunu söyləyib” – deyə bildirdi.

Sekulo son hadisəni isə Branson və ailəsinin zəfəri olaraq qiymətləndirib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens də bu olaya münasibət bildirib və əldə olunan nəticəyə görə prezident D.Trampa təşəkkür edib.

8.PNG (19 KB)