Kərki nəzarətimizə keçir, ermənilərin Sünik və Qarabağa gedən yolu bağlanırbackend

Kərki nəzarətimizə keçir, ermənilərin Sünik və Qarabağa gedən yolu bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, bu gün sosial şəbəkələrdə Azrbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşdiyi mövqeləri əks etdirən videogörüntü yayılıb. TİA.AZ xəbər verir ki, həmin görüntülərdə hərbçilərimiz bildirir ki, durduqları mövqedən Göycə gölü görsənir və ara məsafəsi isə 5 km-ə yaxındır.

Qeyd edək ki, həmin görüntülər Ermənistan tərəfini artıq təşvişə salıb. Belə ki, ermənilər Azərbaycan Ordusunun Göycə gölünün sahilində olduğunu, tezliklə həmin gölü də Qara göl kimi nəzarətlərinə alacaqlarını deyirlər. Ermənistanda yayımlanan “Razminfo” saytı isə yazır ki, həmin görüntülər Kəlbəcər rayonu istiqamətidir və o ərazinin ən yüksək nöqtəsi hesab olunur. “Azərbaycan hərbçilərinin yaydıqları video Geqarkun rayonunun şərq tərfində yerləşən və Kut (Zərzəbil) kəndinin 6 km. Şimali-şərqində yerləşən ən hündür yüksəklikdir. Koordinatları isə 40.18924486527808, 45.96873917393403-dür”.

Bu əsnada Ermənistan Konstitusiya Məhkəməsinin sabiq aparat rəhbəri Edqra Kazaryan da sərhəddə baş verən hadisələrlə bağlı açıqlama yayıb. O iddia edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri arasındakı anlaşma Tiqranaşenin (Kərki) əldən çıxmasına səbəb ola bilər. “Kərki (Tiqranaşen) Ararat vilayətinin Paruyr Sevak icmasına daxildir. Buradan Vayos Dzor, Sünik, Mehri, İrəvan və Qarabağa gedən yollar keçir. Əgər satqın Paşinyan torpaqları vermək planını icra edərsə, 800 hektar ərazi əlimizdən çıxacaq. Bundan əlavə, biz ölkənin içində bir yerdən digər yerə getmək üçün beynəlxalq yoldan, başqa bir ərazidən keçməklə gedəcəyik. Yəni, Azərbaycandan viza alaraq, hərəkət etmək məcburiyyətində qalacağıq. Bu isə İrəavanda Azərbaycan Səfirliyindən alınamlı olacaq”.

Onun sözlərinə görə, Kərki Azərbaycanın nəzarətinə keçərsə, onlar üçün daha bir dəhşətli problem qalacaq. “Cermuxa getməyi unutmaq lazımdır. Çünki Azərbaycan ərazisindən keçməli olacağıq. Bundan da dəhşətlisi odur ki, Azərbaycan Ordusu bu ərazilərə Ermənistanın hərbi texnika gətirməsinə imkan verməyəcək. Nəticədə, Vayos Dzor, Sünik və Qarabağ köməksiz və silahsız qalacaq”.