Tribuna İnformasiya Agentliyi

Kərimin anası həmin xəbərə görə ölüb

10 Aprel

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl beyninə qan sızan və reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin anası ölüb.  

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl beyninə qan sızan və reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin anası ölüb. 

TİA.AZ  xəbər verir ki, iddiaya görə, Kərim Novruzovun anası mediada oğlunun ölüm xəbərinin yayılmasından sonra dünyasını dəyişib. 

“Qafqazinfo” mövzu ilə bağlı meyxanaçının bacısı oğlu Rüstəmlə əlaqə saxlayıb. 

O, yayılan iddiları təsdiqləyib. Rüstəm deyib ki, nənəsi ölüm xəbərinin yayılmasından sonra həyatını itirib:

“Bilirsiz necə olub? Nənəm xəbəri oxumayıb, bilməyib. Məlumatlar yayılandan sonra evə zəng gəlib, deyiblər ki, ölüm xəbəri yayılıb.  O da ağlayıb, halı pisləşib və dünyasını dəyişib. Belə bir şey olub”.