Kərim Vəliyev: “Azərbaycan Ordusunun qələbədən sonra döyüş qabiliyyəti daha da yüksəlib”backend

Kərim Vəliyev: “Azərbaycan Ordusunun qələbədən sonra döyüş qabiliyyəti daha da yüksəlib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da yüksəlib”.

TİA.AZ-ın xəbərinə görə, bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

O, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun bölmələrimizin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.