Kərəm Həsənova sual: Mehdiyevin ailəsi kolleci necə özəlləşdirib?backend

Kərəm Həsənova sual: Mehdiyevin ailəsi kolleci necə özəlləşdirib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda yerləşən Humanitar Kollecin və yaxınlığındakı 50 sot parkın Ramiz Mehdiyevin ailəsi tərəfindən özəlləşdirildiyi ilə bağlı Hit.Az-da xəbər vermişdik.

Təhsil Nazirliyi sözçüsü isə saytımıza açıqlamasında dövlətin kollecinin özəlləşdirilməsinin mümkün olmadığını və bu məsələdən xəbərsiz olduğunu ifadə etmişdi.

Araşdırmamız nəticəsində məlum olmuşdu ki, həqiqətən də Humanitar Kollec və 50 sot park ərazisi özəlləşdirilmiş və sözügedən əraziyə Dövlət Əmlak Komitəsi tərəfindən çıxarış təqdim edilmişdir.
Qeyd edək ki, sənədlər Mehdiyeva Nigar İsmayıl qızı adına rəsmiləşdirilib.

Mehdiyeva Nigar İsmayıl qızının kimliyi araşdırılarkən bəlli olub ki, o, Fövqəladə Hallar Nazirinin müavini Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) həyat yoldaşıdır.

Əgər Təhsil Nazirliyinin mövzudan həqiqətən xəbəri yoxdursa, sual yaranır ki, o zaman Dövlət Əmlak Komitəsinin sədri olmuş Kərəm Həsənov özəlləşdirməni nəyə əsasən həyata keçirib?

Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas sahibi olduğu da heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir.