Kərə yağı UCUZLAŞACAQMI? – “Vətəndaşların hissləri ilə oynamayın”backend

Kərə yağı UCUZLAŞACAQMI? – “Vətəndaşların hissləri ilə oynamayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş Nazir Əli Əsədovun kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının qiymətinin qarşısını alacaq qərar verdiyi haqqında xəbərlər paylaşılıb. Çox güman ki, qərarın içini, məğzini oxumadan belə qənaətə gəliblər”.

TİA.AZ xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli fikir səsləndirib. O bildirib ki, Əli Əsədov 2017-ci ildən qüvvədə olan və bu ilin dekabrın 31-də bitməsi gözlənilən güzəştlərin 2023-cü ilə qədər uzadılması ilə bağlı qərar verib:

“Yəni, 2017-ci ildən bu qərar var idi, amma kərə yağının və süddən hazırlanmış digər yağların, pastaların qiyməti durmadan artırdı, indi isə qiymətlər kəllə-çarxa çıxıb. Bu qərarın təsiri olsaydı, indiyədək qiymətlər artmazdı.

Deməli qərarın uzadılması qiymət artımının qarşısını alan faktor ola bilməz və olmayacaq da. İnsanların həssas yeri olan ərzaq qiymətləri ilə bağlı başlıqlar yazanda, xəbərlər paylaşanda diqqətli olun, vətəndaşların hissləri ilə oynamayın” – deyə ekspert fikirlərini tamamlayıb. //KONKRET.az//