Tribuna İnformasiya Agentliyi

Kepler teleskopu təqaüdə çıxmaq istəmir

08 Sentyabr
Fəaliyyətini başa vurması gözlənilən Kepler teleskopu təqaüdə çıxmaq niyyətində deyil.
TİA.AZ Engadget-ə istinadən xəbər verir ki, 2009-cu ildə yeni planetlərin kəşfi məqsədilə kosmosa göndərilən Kepler teleskopunun yanacağının cüzi miqdarda qaldığı bildirilir və avqust ayında fəaliyyətini tamamilə dayandıracağı gözlənilirdi. Lakin Kepler informasiya yığaraq onu göndərməyə davam edir. Teleskop 9 illik fəaliyyətində hazırda 19-cu müşahidə missiyasını həyata keçirir.
Qeyd edək ki, Kepleri əvəzləyəcək TESS teleskopu aprel ayında yola düşüb.