Kənd təsərrüfatı sahəsinə niyə aidiyyatı olmayan insanlar təyin olunur?backend

Kənd təsərrüfatı sahəsinə niyə aidiyyatı olmayan insanlar təyin olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahat” adı altında həyata keçirilən bu təyinatlar aqrar sektora necə təsir göstərir?..

Kənd təsərrüfatı üzrə ekspert: “Bunların məqsədi büdcə vəsaitlərini mənimsəməkdir. Bunun üçün də istədikləri dələduz istədikləri yerlərə təyin edirlər. Onlar da dövlət büdcəsindən ayrılan vəsaiti nəğdləşdirib yuxarı göndərirlər”.

Kənd Təsərrüfatı Nazirliyinin nəznində Aqrar Tədarük və Təhcizatı Səhmdar Cəmiyyəti var. Onlara dövlətdən təxminən yarım milyard manat vəsait ayrılır. Amma bu qurum ayrılan vəsaitin haraya xərcləndiyini göstərmir”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Kənd Təsərrüfatının idarələrinə cəmiyyətdə daha çox mənfi imicə sahib olan və sektora aidiyyatı olmayan insanların təyinat almasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Mətbuatda yayılan məlumatlara görə Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinə yeni təyin ediləcək direktor indidən narazılıq yaradıb. Yeni direktor Zamin Məmmədov bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işləyib, korrupsioner və dələduz məmur kimi ad çıxarıb.

Məlumata görə, bu vəzifəyə Zamin Məmmədovu “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov təyin etmək istəyir. Zamin Məmmədovun Fəda Abbasovun həyat yoldaşının qohumu olduğu deyilir.

Qeyd edilir ki, Zamin Məmmədov direktor təyinatı almamış, artıq onun adamları Beyləqan rayonunda yerləşən Mərkəzi Aran Regional İdarəsinin torpaqlarını satışa çıxarmağa başlayıb. Belə ki, yeni direktor olacaq Zamin Məmmədovun adamı kimi özünü təqdim edən Vaqif İsmayılov adlı şəxs 2 gündür müxtəlif şəxslərlə toplantı keçirərək savxozun torpaqlarını necə ələ keçirilməsi planlarını müzakirə edirlər.

Zamin Məmmədov Mərkəzi Aran Regional İdarəsi ilə tanış olmağa gələndə isə onun arxasında sabiq nazir Ziya Məmmədovun və Fəda Abbasovun dayandığını açıq şəkildə dilə gətirib.

Məlumatda vurğulanır ki, əslində Beyləqan Mərkəzi Aran Regional İdarəsində sonuncu direktoru olmuş Hikmət Ağayev də işlərinin öhdəsindən düz-əməlli gələ bilmirdi. Ancaq buna baxmayaraq keçmiş direktor vətəndaşlardan çəkindiyi üçün sovxozun torpaqlarını satmırdı. Ancaq direktor təyinatı təsdiq edilməyən Zamin Məmmədovun adamları indidən qarğa-quzğun kimi Mərkəzi Aran Regional İdarəsinin torpaqlarına hücum çəkiblər.

Görünür “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov korrupsioner və dələduz qohumu Zamin Məmmədovun əli ilə savxozun münbit torpaqlarını kənardan gələn müxtəlif iş adamlarına satmaqla varlanmaq niyyətindədirlər.

Ümumiyyətlə son zamanlat Kənd Təsərrüfatının idarələrinə cəmiyyətdə daha çox mənfi imicə sahib olan və sektora aidiyyatı olmayan insanlar təyinat alır. “İslahat” adı altında həyata keçirilən bu təyinatlar aqrar sektora necə təsir göstərir və son illərdə sektorda inkişaf prosseslərini qane edicidirmi?

Kənd təsərüfatı sahəsinə təyin edilən kadrları PİA.az-ın əməkdaşı ekspert Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “Kənd Təsərrüfatı Nazirliyində bütün rəhbər vəzifədə olanların hamısı qeyri-peşəkarlardır”.

Kadr siyasəti adı ilə dəyişiklik edildiyini vurğulayan ekspert açıqlamasında qeyd edib ki, yeni gələnlər heç də köhnələrdən geri qalmırlar. Ölkədə subsidiya adı ilə 400 milyondan çox vəsait ayrılır. Amma bu subsidiya kəndlilərə gedib çatmır:

“Kənd təsərrüfatı naziri kənd təsərrüfatından uzaq olan, kənddə yaşamayan, o sahə üzrə ixtisası, anlayışı olmayan bir adamdır. Nazir hüquq sahəsi üzrə təhsil alıb. Nazirin xanım müavini də şəhərdə böyüyüb. Onun da təhsili hüquq üzrədir və kənddən bixəbər adamdır. Digər nazir, neft və qaz üzrə mütəxəssis olan müavin də şəhərdə böyüyüb və kənd təsərrüfatından anlayışı yoxdur. Başqa müavin isə politologiyanı qurtarıb. O da şəhərdə böyüyüb və kəndlə heç bir əlaqəsi yoxdur.

Kənd Təsərrüfatı Nazirliyində bütün rəhbər vəzifədə olanların hamısı qeyri-peşəkarlardır. Bəs onları nə üçün bu sahəyə gətiriblər? Bu sahəni inkişaf etdirmək üçün bu sahəyə gətiriliblər? Axı qeyri-peşəkarlar kənd təsərrüfatını inkişaf etdirə bilməzlər. Deməli burada tamamilə başqa məqsəd var. Kadr siyasəti adı ilə dəyişiklik edirlər. Yeni gələnlər də heç də köhnələrdən geri qalmırlar. Ölkədə subsidiya adı ilə 400 milyondan çox vəsait ayrılır. Amma bu subsidiya kəndlilərə gedib çatmır.

Vahid Məhərrəmli: “Bu sahədə olan rəhbər şəxslər bu işlərlə məşğul olmadıqları üçün onların bölgəyə, rayona gətirdikləri kadrların dələduz, qeyri-peşəkar olması məni heç də incitmir. Çünki başda belələri əyləşibsə, aşağıdakılara nə deyəsən?”.

Kənd Təsərrüfatı Nazirliyinin nəznində Aqrar Tədarük və Təhcizatı Səhmdar Cəmiyyəti var. Onlara dövlətdən təxminən yarım milyard manat vəsait ayrılır. Amma bu qurum ayrılan vəsaitin haraya xərcləndiyini göstərmir. Kəndlinin hesabına oturan vəsaitin 75 faizi gübrələrin alınmasına gedir. Bizə məlumat gəlir ki, onlar bir çox halda gübrəni heç almırlar. Amma kəndlinin vəsaitini bölüşürlər. Bununla da vəsaitin az hissəsini fermerə verirlər.

Həmçinin də nazirliyin aldığı texnikaya ayrılan vəsait də şəffaf deyil. Hətta baha qiymətə cins mal-qara alırlar. Bunun qiyməti də iki dəfədən çox şişirdilir. Bu sahədə olan rəhbər şəxslər bu işlərlə məşğul olmadıqları üçün onların bölgəyə, rayona gətirdikləri kadrların dələduz, qeyri-peşəkar olması məni heç də incitmir. Çünki başda belələri əyləşibsə, aşağıdakılara nə deyəsən?

Deməli bunların məqsədi heç də kənd təsərrüfatını dirçəltmək deyil. Bunların məqsədi büdcə vəsaitlərini mənimsəməkdir. Bunun üçün də istədikləri dələduz istədikləri yerlərə təyin edirlər. Onlar da dövlət büdcəsindən ayrılan vəsaiti nəğdləşdirib yuxarı göndərirlər”.