“KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN BORCUDUR Kİ…” – NATİQ CƏFƏRLİDƏN İNAM KƏRİMOVA ÇAĞIRIŞbackend

“KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN BORCUDUR Kİ…” – NATİQ CƏFƏRLİDƏN İNAM KƏRİMOVA ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kənd Təsərrüfatı Nazirliyinin borcudur ki, fermerlərə dotasiyalar vaxtlı-vaxtında ödənilsin”. Bunu TİA.Az-a ölkədə meyvə-tərəvəzin baha olması ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymətinə bir çox faktorlar təsir edir:
“Ölkədə kənd təsərrüfatı məhsullarının bahalaşmasının tək səbəbi kənd təsərrüfatı sahəsinin özündə deyil. Əgər dizel yanacağının qiyməti ötən il birdən-birə artdısa və hər şeyin bahalaşdığı bir dövrdə yaşayırıqsa, fermerlər, kənd təsərrüfatında çalışanlar da öz xərclərini çıxarmaq üçün məcburdurlar ki, məhsullarının qiymətini qaldırsınlar. Yəni bu, obyektiv bir prosesdir. Kənd Təsərrüfatı Nazirliyinin isə borcudur ki, fermerlərə dotasiyalar vaxtlı-vaxtında ödənilsin, effektivlik yüksək olsun, bol məhsuldarlığa nail olmaq üçün toxumçuluq, gübrə siyasəti doğru -düzgün qurulsun. Yəni kifayət qədər Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətindən də məhsul bolluğu asılıdır. Amma qiymət siyasəti həm də başqa faktorlarla bağlıdır”.
N.Cəfərli bildirib ki, ölkədəki ümumi inflyasiyanın sürətli və çox olması bu sahədə məşğul olan insanların xərclərini artırır və nəticədə onlar da öz məhsullarını daha baha sataraq bahalaşan həyatlarını qarşılamağa çalışırlar.

Aytac

TİA.Az