backend

Kənd təsərrüfatı məhsullarının Strateji Yol Xəritəsi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi açıqlanıb. 

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi açıqlanıb.

TİA.AZ-ın xəbərinə görə, sənəd Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilib.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir ki, ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək.

Komissiya üzvləri Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət ola bilər. Komissiya üzvlərinin ən azı rübdə bir dəfə görüşlər keçirməsi, ərzaq təhlükəsizliyi üzrə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən dəyişiklikləri müzakirə etməsi və zəruri hallarda qabaqlayıcı tədbirlər hazırlaması planlaşdırılır. Komissiya tərəfindən, ilk növbədə, ərzaq təhlükəsizliyi sahəsində islahatlarla bağlı bu Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə dair fəaliyyət planının hazırlanması gözlənilir.

Bundan başqa Azərbaycanda xüsusi ərzaq bazarları təşkil edilə bilər. Qeyd olunur ki, əhalinin bütün kateqoriyalarının istehlak normalarına uyğun qidalanmasını təmin etmək üçün daha həssas sosial qrupların müəyyənləşdirilməsi və həmin qrupların ərzaqla təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti orqanlarla birlikdə məqsədli dövlət proqramlarının hazırlanması imkanları araşdırılacaq, xüsusi ərzaq bazarlarının təşkili və ərzaq bankının yaradılması nəzərdən keçiriləcək.

Tam mətnlə BURADAN tanış ola bilərsiz.