backend

Kənanın NASA boyda yalanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb. 

NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb.

Bu barədə NASA-nın İctimayyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey “AzərTAc”ın sorğusuna cavab olaraq bildirib.

“Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də, oradan tərcübəçi qəbul edə bilmərik”, – deyə cavabda bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkə KİV-lərində K.Əhmədlinin NASA-da praktika keçmək üçün ABŞ-a getməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. K.Əhmədli isə bu barədə bir neçə televiziya kanalına müsahibə də verib.