Kemeron Diaz kino karyerasını başa vururbackend

Kemeron Diaz kino karyerasını başa vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud aktrisası Kemeron Diaz kinematoqrafiyada karyerasını başa vurmaq niyyətindədir.

TİA.AZ  bildirir ki, 45 yaşlı aktrisanın bu qərarı barədə rəfiqəsi Selma Bler məlumat verib.

 O deyib ki, lanç zamanı qızlar Diazın baş rolda oynadığı “Sevimli” filmini müzakirə ediblər. Məhz həmin vaxt aktrisa etiraf edib ki, daha kinoya çəkilməyi planlaşdırmır və “Good Charlotte” qrupunun üzvü olan həyat yoldaşı Benci Medden ilə daha çox vaxt keçirmək istəyir.