KƏMALƏDDİN HEYDƏROVUN İNTİM VİDEOLARI YAYILAN POLKOVNİKİNİ 8 İL HƏBS GÖZLƏYİR – ÖZƏL  AÇIQLAMAbackend

KƏMALƏDDİN HEYDƏROVUN İNTİM VİDEOLARI YAYILAN POLKOVNİKİNİ 8 İL HƏBS GÖZLƏYİR – ÖZƏL AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhkəmə cəzaların toplanma üsulundan istifadə etməklə 8 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edə bilər”. Bunu TİA. Az-a FHN əməkdaşlarının intim videolarını yayan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin saxlanılmasına münasibət bildirən hüquqşünas Ramil Süleymanov deyib. Onun sözlərinə görə, dövlət qurumunda bu cür hadisənin baş verməsi acınacaqlı durumdur: “Zaur Mirzəyev barəsində artıq həbs qəti-imkan tədbiri seçilib və o işdə baş vermiş nöqsanlardan dolayı işdən çıxarılıb. Amma cəmiyyətimizi maraqlandıran əsas suallardan biri Zaur Mirzəyevi hansı cəza gözləyir?
Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma) cinayət araşdırması başlanılıb. Belə ki, o, digər şəxsin şəxsi həyatının toxunulmazlığına müdaxilə edib. Bu maddə ilə sanksiya ondan ibarətdir ki, şəxs müəyyən vəzifə tutmamaqla və ya fəaliyyət hüququndan məhrum edilməklə iki ilə qədər müddətdə azadlığın məhdudlaşdırılması və iki ilə qədər müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İstintaq sübut etməlidir ki, baş verən hadisədə həmin video-yazılar Zaur Mirzəyev tərəfdən yayılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsinə görə, təqsiri sübuta yetirilərsə, üç ilə qədər müddətdə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmək yaxud edilməməklə 2000 manatdan 4000 manata qədər cərimə, iki ilə qədər islah işləri və üç ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin oluna bilir. Həmçinin şəxs öz vəzifə səlahiyyətləri aşıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəyə görə, şəxsin üç ilə qədər müddətdə müəyyən vəzifə tutma yaxud fəaliyyətlə məşğul olma hüququ məhrum edilməklə, malik olduğu əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər. Burada məhkəmə cəzaların toplanma üsulundan istifadə etməklə 8 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin oluna, eyni zamanda üç il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilə bilər.
Qeyd edim ki, sözügedən məsələ çox iyrənc bir hal idi. Amma bu o demək deyil ki, belə şəxsiyyətsiz insanların hərəkətlərindən dolayı hansısa dövlət qurumu hər kəs tərəfindən pislənilməlidir”
Qeyd edək ki, iş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.
Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aytac

TİA. Az