KƏMALƏDDİN HEYDƏROVUN BACANAĞI İLƏ NÖVBƏTİ ŞƏRİKLİYİ – 300 MİNLİK TENDER VƏ…backend

KƏMALƏDDİN HEYDƏROVUN BACANAĞI İLƏ NÖVBƏTİ ŞƏRİKLİYİ300 MİNLİK TENDER VƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “CBS-PP” MMC adlı şirkət olub.

TİA.Az xəbər verir ki, şirkət idarəyə 300 min manatlıq mətbəə məhsulları satacaq. Şirkətin rəhbəri isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı Hikmət Əbuzər oğlu İsmayılovdur. O həmçinin “AFB Bank” ASC və “AzSigorta” ASC-nin əsas səhmdarıdır. “CBS-PP” MMC daha əvvəl də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub. Hikmət İsmayılov Kəmallədin Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir.
2008-ci ilin yanvarından 2012-ci ilin iyununa kimi kommersiya şəxslərin dövlət reyestri yalnız istifadəçilərə açıq idi. Bu dövrdə Hikmət İsmayılov “Azdəmir ltd” MMC-nin təsisçilərindən biri idi.

Maraqlıdır ki, bu şirkətə iranlı iş adamı Xangah Əli oğlu Əhədpur direktor təyin edilmişdi. O, Heydərovların biznes şəriki idi.

Hikmət İsmayılov bank-maliyyə sektorunda bir sıra iri şirkətlərin səhmlərinə sahibdir. Bu şirkətlərin çoxu ya “Gilan Holding”in törəmə şirkətləridir, ya da təsir dairəsindədir. Məsələn, Hikmət İsmayılov “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət “Gilan Holding” qrupunun strukturu hesab edilir.

Hikmət İsmayılov həmçinin ölkənin ən iri banklarından olan “Bank of Baku”nun da səhmlərinin 31 faizinə sahibdir. Bankın digər səhmdarı olan “Nab Holding” (35%) də Hikmət İsmayılovun və heydərovların iş ortağıdır.

Qeyd edək ki, “Nab Holding” iranlı iş adamının şirkətidir, şirkətin rəhbəri Bəhram Oromi ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunan iş adamı Rza Zərrabın bacısının əridir. Bir müddət öncə mediada sözügedən cinayət işi ilə bağlı “NAB Holding”in icraçı direktoru Omid Orominin aktivlərinə həbs qoyulduğu ilə bağlı xəbərlər dərc olunmuşdu. Hərçənd holdinq Rza Zərrabla və çirkli pul yuma əməliyyatları ilə bağlılığını inkar edir, amma bu şirkətin birbaşa və dolayısıyla ölkənin iki bankında iş ortaqlığı istər-istəməz sual doğurur və araşdırma tələb edir. Yeri gəlmişkən bu holdinq həm də “Baku Electronics” və “Auto Azerbaijan” şirkətlərinin də sahibidir.

TİA.Az