KƏMALƏDDİN HEYDƏROV KÖHNƏ AMBULANSLARI PREZİDENTƏ YENİ KİMİ TƏQDİM EDİB – FOTOLARbackend

KƏMALƏDDİN HEYDƏROV KÖHNƏ AMBULANSLARI PREZİDENTƏ YENİ KİMİ TƏQDİM EDİB – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan, FHN-ə aid modul tipli hospitalın açılışını edib. Tia.az xəbər verir ki, açılış zamanı yeni açılan hospitala aid iki ədəd “Mercedes Benz Sprinter” markalı təcili yardım maşını qoyulub. Lakin həmin maşınların yeni olmadığı üzə çıxıb. Meydan TV-nin əməkdaşı Həbib Müntəzir iddia edir ki, rəsmi sənədlərdə maşınlar 2010-cu ilə aiddir. “Sənədlərə görə “Renessans-S MMC” şirkətinə məxsus “Medistyle Hospital”ın maşınlarıdır.

Rəsmi olaraq isə Asiman Həsənovun adı hallansa da bir vaxtlar bu adama krişalığı MTN-in sabiq sədri Eldar Mahmudov və adamları edib”. Onun bildirdiyinə görə, obyektin hazırda deputat, pralementdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova aid olduğu deyilir. “Bir sözlə Kəmaləddin Heydərov köhnə təcili yardımlarını yuduzdurub, Prezidentə yeni, təzə maşın kimi təqdim edib”.

Mövzu ilə bağlı aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiz:

Rəsmi xəbərin keçidi: https://president.az/articles/39491
2018-ci ilə aid fotolar: https://www.facebook.com/medistyle.az/posts/877640309101634?__tn__=-R