Kəlbəcərə səfər edən Nazilə Səfərli həbs olunub? – DİN-dən açıqlamabackend

Kəlbəcərə səfər edən Nazilə Səfərli həbs olunub? – DİN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, xəbər həqiqəti əks etdirmir:
“Nazilə Səfərli qanuna müvafiq qaydada portaldan qeydiyyatdan keçib və icazə alaraq Kəlbəcər rayonuna səfər edib. Eyni zamanda səfərlə bağlı polis əməkdaşlarının işdən çıxarılması da həqiqətə uyğun deyil”